Şriftin ölçüsü :

Saytın rəngi :

Hunanlar kəndində hesabat yığıncağı keçirilmişdir

11 yanvar 2020 | 16:00

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Tovuz rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq qrafik üzrə hesabat yığıncaqlarının keçirilməsi davam edir.

Növbəti hesabat yığıncağı Hunanlar kəndində keçirilmişdir. Hesabat yığıncağında kənd ictimaiyyətinin nümayəndələri, ərazidə fəaliyyət göstərən yerli təşkilatların rəhbərləri, ağsaqqallar və gənclər iştirak etmişlər.

RİH başçısının Hunanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sakit Məmmədov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər, eyni zamanda rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilmiş, Hunanlar kəndinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr geniş təhlil olunmuşdur.  Məruzədə Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq nümayəndəliyin üzərinə düşən vəzifələr və səlahiyyətlərin icrası sahəsində görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmişdir.

Hesabat yığıncağı açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçmiş, sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, Hunanlar kəndinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirmiş, fikirlərini bölüşmüşlər.

Hesabat yığıncağında İH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruzər Rüstəmov iştirak və çıxış etmişdir.

İndiyədək müvafiq qrafik üzrə Qaradaş, Qaralar, Göyəbaxan, Ağbulaq, Vahidli, Həsənli, Ağacqala, Əhmədabad, Əsrik Cırdaxan, Böyük Qışlaq, Koxanəbi və Qəribli kənd inzibati ərazi dairələrində ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqları yanvar ayının 31-dək davam edəcəkdir.

Keçidlər