Tovuzda bayram sovqatı paylanmışdır
Aztəminatlı ailələrə dövlət tərəfindən qayğı hər zaman prioritet məsələlərdən biridir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi Cənab Prezident İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır və aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilir.
Tovuzda da əlavə sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna daim diqqət göstərilir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon icra hakimiyyətinin məsul işçiləri rayonun bütün yaşayış məntəqələrində 300-dən çox aztəminatlı ailələrə bayram sovqatı vermişlər.
Bayram sovqatı verilən aztəminatlı ailələrin üzvləri onların sosial vəziyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətindən razılıqlarını ifadə etmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.