Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram ərəfəsində şəhid Mirsalam Cəfərovun ailəsi ziyarət olunmuşdur

29 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpası istiqamətində xalqın iradəsinə uyğun ardıcıl və qətiyyətli tədbirlər həyata keçirir. 2016-cı ilin Aprel döyüşlərində və Günnüt zəfəri bir daha sübut etdi ki, Azərbaycan dövləti və xalqı Vətən torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və ərazi bütövlüyümüz tezliklə bərpa olunacaqdır.

Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə canını fəda edənlərdən  biri də igid kəşfiyyatçı, Aprel şəhidi Mirsalam Cəfərovdur. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Tovuz rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov Aprel şəhidi M.Cəfərovun Bayramlı kəndindəki ata ocağına gedərək onun valideyinləri ilə görüşüb onlara bayram təbriklərini çatdırmışdır. Qeyd olunmuşdur ki, Mirsalam Cəfərovun qəhrəmanlığı dövlət tərəfindən qiymətləndirilmişdir. Şəhidimiz göstərdiyi qəhrəmanlığa görə cənab Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. M.Cəfərovun keçdiyi döyüş yolu, qəhrəmanlığı gənclərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişlərinə uyğun olaraq şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. Bütün şəhidlərimiz, o cümlədən Aprel döyüşlərində şəhid olanlar heç vaxt unudulmur və onların xatirəsi daim uca tutulur.

Çay süfrəsi arxasında davam edən səmimi söhbət zamanı şəhidin atası Təvəkkül Cəfərov Azərbaycan Respublikasının daha da tərəqqisi, ordumuzun gücləndirilməsi, ölkədə xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən sosial islahatlara və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Rayon rəhbəri ailənin sosial vəziyyəti və şəhidin atası Təvəkkül Cəfərovun sağlamlıq durumu ilə maraqlanmışdır.

Keçidlər