Tovuzda körpələr evi-uşaq bağçalarında bayram şənlikləri keçirilir
Bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir. Azərbaycan dövlətinin siyasəti ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
Tovuz rayonunun körpələr evi-uşaq bağçalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənlikləri keçirilməsinə başlanmışdır.
Bayram şənliklərində uşaqların ifasında vətənə, həmrəyliyə və yeni ilə həsr olunmuş şerlər, mahnılar səslənir və mili rəqs nömrələri nümayiş etdirilir. Balacaların göstərdikləri yeni il səhnəcikləri maraqla izlənilir. Bağçalarda Şaxta babanın və Qar qızın şənliklərə baş çəkməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların hədsiz sevincinə səbəb olur.
Bayram tədbirləri davam edir.