Tovuzda Azərbaycan Respublikasının Qida Təklükəsizliyi Agentliyi sahibkarlarla regional müşarivə keçirib
Tovuz rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qida Təklükəsizliyi Agentliyi (AQTA) tərəfindən Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, AQTA-nın sədr müavini Rəşad Mafusov, Agentlik Aparatının Heyvan sağlamlıq şöbəsinin müdiri, Respublikanını baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev, əlaqədar xidmət sahələrinin mütəxəssisləri və rayonlardan olan sahibkarlar iştirak ediblər.
Tədbirdə RİH başçısının müavini Təranə Bayramova çıxış edərək cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində son illər həyata keçirilən tədbirlər haqqında danışmışdır.
AQTA-nın sədr müavini Rəşad Mafusov çıxış edərək qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışaraq idxal-ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasında nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına töhfə verməklə yanaşı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərir.
Tədbirdə sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, heyvan sağlamlığı sahəsinə nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, bitkiçilik məhsulların zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı istifadə olunan kimyəvi maddələrin ən son həddə istifadə olunması və bu zaman norma və qaydalara riayət olunması tövsiyə edilib. Həmçinin aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin tətbiqi və istifadəsi zamanı təhlükəsizlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi diqqətə çatdırılıb.
Tədbirdə heyvan sağlamlığı və dövlət baytarlıq nəzarəti sahəsində münasibətlərdə şəffaflığın və operativliyin təmin edilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Sahibkarları maraqlandıran suallar cavablandırılıb.