Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib

25 dekabr 2019 | 16:00

2020-ci ildən etibarən ölkəmizdə 20 regionda, habelə hazırda pilot layihənin icra olunduğu 3 inzibati ərazidə icbari tibbi sığortanın ilkin mərhələsi tətbiq olunacaq. Bu məqsədlə cari ilin noyabr və dekabr ayları ərzində maarifləndirilmə tədbirləri təşkil olunub.

Bu gün Tovuzda növbəti maarifləndirici tədbir keçirilib. Aşıq Əkbər Cəfərov adına rayon mədəniyyət mərkəzində keçirlən tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi Elvin Abbasov, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri iştirak ediblər.

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova giriş sözü ilə çıxış edərək Agentliyin əməkdaşını salamlayıb, bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Azərbaycanda səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edib. Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə ölkə başçısı İlham Əliyevin 29 noyabr 2016-cı il tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin pilot layihə olaraq həyata keçirilməsini bu sahədə atılan ən uğurlu addım kimi qiymətləndirib. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqına” ölkə başçısının 20 dekabr 2018-ci il tarixli Fərmanını və həmin Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində verilən tapşırıqların bu gün də uğurla icra olunduğunu bildirib.

Tədbirdə “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin baş direktor Paşa Muradov çıxış edərək ölkə başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olan tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə icbari tibbi sığortanın ölkəmizdə tətbiqi barədə məlumat verərək qeyd etmişdir ki, 2020-ci ilin aprelindən Tovuzda tətbiq olunacaq icbari tibbi sığortanın vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunmasında böyük töhfə verəcəkdir.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Marketinq və tədbirlər üzrə məsləhətçi Elvin Abbasov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin təşkilində göstərdiyi köməyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. E.Ababsov icbari tibbi sığortanın əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistem olduğunu, bu sistemin sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin etdiyini qeyd edib. Vurğulayıb ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etmək, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdır. Mərhələli şəkildə tətbiq olunacaq icbari tibbi sığortanın əhatə etdiyi bölgələrdən söz açan natiq 4 rüb üzrə olmaqla bütün bölgələri əhatə edəcəyini bildirib. Daha sonra E.Abbasov icbari tibbi sığorta haqları, xidmətlər zərfi, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, stasionar müalicə üçün qəbul qaydaları, stasionar müayinə–müalicə, ambulator xidmət təminatı, ilkin səhiyyə xidməti üzrə təminat, ailə həkiminə müraciət, tibbi ərazi bölmələrinin siyahısı haqqında ətraflı və izahlı məlumatlar çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər