Şriftin ölçüsü :

Saytın rəngi :

Abulbəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir

25 dekabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Abulbəyli kəndində keçirilmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri,  ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri,  icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Abulbəyli kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır. Rayonun bütün  yaşayış məntəqələrinin, o cümlədən Abulbəyli kəndinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirildiyini qeyd edərək Abulbəyli kəndində yolların çəkilməsi, yeni məktəb binasının tikintisi,  qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su təminatı sahəsində işlərin uğurla davam etdiyini bildirmişdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar kənddin M. F. Axundov, Mərdan Musayev  küçələrində aparılan abadlıq işlərinə görə minnətdarlıqlarını ifadə edərək bir sıra problemləri dilə gətirmişlər. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma və içməli su təminatı, küçələrin işıqlandırılması, küçədə sürət həddinin azadılması, yol və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər