Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə regional maarifləndirici görüş keçirilmişdir

20 dekabr 2019 | 16:00

Tovuz Gənclər evində məktəbədəqdər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsinə dair maarifləndirici görüş keçirilmişdir. Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Tovuz, Qazax, Ağstafa, Şəmkir rayonlarının icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələri, həmin rayonların məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, əlaqədar xidmət sahələrinin mütəxəssisləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mütəxəssislərin səsləndirdiyi arayışların müzakirəsi ilə keçirilən görüşdə məktəbəqədər təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində qurulması, uşaqların və körpələrin sağlamlığının qorunması və onların düzgün qidalanmalarının təşkili və digər aktual məsələlər bir daha geniş şəkildə təhlil edilərək bu sahədə həlli vacib məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər