Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Quşçu kəndində səyyar qəbul-görüş keçirilmişdir

18 dekabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Aşağı Quşçu kənd sakinlərinin iştirakı ilə keçirildi. Bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata keçirilən qlobal layihələrin əhəmiyyətindən danışaraq bildirmişdir ki, ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır. Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Aşağı Quşçu kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Sakinlər  kəndin mərkəzi küçəsinin asfaltlanması, məktəb binasının əsaslı təmir olunmasına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirərək suvarma və içməli su, mənzil növbəsi, yol, təbii qaz, ev təminatı, ev təmiri, küçələrin abadlaşdırılması, suvarma arxının təmizlənməsi, subartezian quyusunun qazılması və başqa mürəciətlər etmişlər.

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Tovuz rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

 

Keçidlər