Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin küçələrində abadlıq işləri davam etdirilir

17 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə ərazisində olduğu kimi Tovuz rayonunda da genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir.

Sakinlər vətəndaş məmnunluğuna xidmət edən belə tədbirləri, yerlərdə həyata keçirilən quruculuq və abadlıq işlərini əhaliyə göstərilən qayğının nəticəsi kimi qiymətləndirirlər.

Abadlıq işlərinin görülməsi və yolların əsaslı təmir olunması proqramına uyğun olaraq Tovuz şəhərinin M. F. Axundov küçəsinə də asflat-beton örtük qoyulması davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Tovuz şəhərinin yeni asfalt-beton örtüyü salınmış həmin küçəsində olaraq görülən işlərin gedişi ilə maraqlanmış və müvafiq tövsiyyələrini vermişdir.

Keçidlər