Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda bayram şənliyi təşkil edilmişdir

28 dekabr 2013 | 16:00

Tovuz rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.
Bayram münasibətilə bəzədilmiş rayon mədəniyyət evində keçirilən ümumrayon şənliyində çıxış edənlər əlamətdar gün münasibətilə tovuzluları təbrik etmişlər.
Bayram şənliyində rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin, Tovuz Dövlət İqtisad Kollecinin, rayon körpələr evi-uşaq bağçaları və orta məktəblərinin kollektivlərinin rəngarəng çıxışları iştirakçılarda xoş ovqat yaratmışdır.
Tədbirin sonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə rayonun mədəni kütləvi tədbirlərində fəal iştirak edən şəxslər və kollektiv qruplar Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.

Keçidlər