Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” mövzusunda seminar-müşavirə keçirilmişdir

09 dekabr 2019 | 16:00

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayon icra hakimiyyəti başçısı aparatının akt zalında “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” mövzusunda seminar-müşavirədə keçirilmişdir.

Seminar-müşavirəni RİH başçısı Məmməd Məmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə aqrar sahəyə və kənd təsərrüfatı istehsalçılarına göstərilən ardıcıl dövlət qayğısından, həyata keçirilən Dövlət Proqramlarından bəhs etmişdir. bu günki tədbirin çox aktual olduğunu qeyd edərək seminar-müşavirənin işinə uğurlar arzulamışdır.

Seminar-müşavirədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini İlham Quliyev, nazirliyin EKTİS-in tətbiqinə məsul şöbələrinin əməkdaşları, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər iştirak edirdilər. 

Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və payızlıq əkinlərin bəyan edilməsi prosesi qrafikə uyğun davam etdiyini, subsidiya alan fermerlərin böyük əksəriyyəti artıq EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaratdıqlarını və bu günədək yeni sistemdə 400 minədək fermer qeydiyyatdan keçdiyini qeyd etmişdir.

Nazir müavini bildirib ki, bölgələrdə keçirilən maarifləndirici tədbirlər nəticəsində son 10 gündə EKTİS-də payızlıq əkin bəyanlarının sayı iki dəfə artıb: "Artıq 160 mindən artıq fermer hansı məhsulu əkdiyini bəyan edib. Gələn ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Bildiyiniz kimi, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə subsidiya əmsallarını müəyyənləşdirib. Subsidiyaların məbləği əmsallar 200 manat baza məbləğinə vurulmaqla müəyyənləşəcək. Bu baxımdan fermerlərin hansı məhsulu əkdiyini dəqiq bəyan etməsi vacibdir".

Müzakirələr şəraitində keçən tədbirdə fermerlər, məsul istehsalçıları, mütəxəsislər, yerli nümayəndələr  onları maraqlandıran məsələlər barədə danışmışlar. Nazirlik nümayəndələri tovuzluları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı meydana çıxan suallarla bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərində yaradılmış xidmət pəncərələrinə və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməyə çağırıblar.

Keçidlər