Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Ailə daxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideyinlik” mövzusunda seminar keçirildi

05 dekabr 2019 | 16:00

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  

Bu gün Tovuz rayonundan məktəb psixoloqları və valideyinlərin iştirak ilə “Ailə daxili münasibətlərin sosial rollara təsiri. Müsbət valideyinlik” mövzusunda seminar keçirilmişdir. Seminarda ailə daxili müsbət mühitin uşaqların inkişafına təsiri, müsbət valideyinlik, ailə üzvlərinin ünsiyyətinin vacibliyi, məişət zorakılığı hallarının qarşısının alınması yolları, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib, mövzuya dair təqdimat edilib.

Seminarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, metodiki vəsait kimi iştirakçılara paylanılıb.    Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, müsbət valideyinlik tendensiyasının təbliği, uşaqların düzgün inkişafı üçün təlabatlarına uyğun müsbət sosial psixoloji mühitin yaradılması, gələcək nəslin cəmiyyətin ictimai sosial həyatında hərtərəfli iştirakının təmin edilməsidir.

Seminar qarşılıqlı müzakirələr şəklində davam edib.

Keçidlər