Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin sakinləri ilə səyyar qəbul-görüş keçirilib

04 dekabr 2019 | 16:00

Tovuz rayon  İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun  yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş  Tovuz Dövlət Peşə Təhsil Mərkəzində həmin ərazidə yaşayan sakinlərlə keçirilmişdir.

Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri,  icra olunan qlobal layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial–iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

Sonra rayon rəhbəri Tovuz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq sakinləri narahat edən istənilən məsələnin səsləndirilməsini təklif  edib.

Sakinlər son vaxtlar Tovuz şəhərində  icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirmiş, şəxsi problemlərini dilə gətirmişlər. Onlar subartezian quyusunda suyun təzyiqinin az olması, içməli su, evlə təminat, xəstəliyi ilə əlaqədar köməkdarlıq, çoxmənzilli binaların həyətlərinin abadlaşdırılması, binanın istilik sisteminə qoşulması, telefon, uşaq bağçasının təmiri, bəzi küçələrdə elektrik şəbəkəsində olan nasazlıqların aradan qaldırılması, küçələrin işıqlandırılması, torpağın sənədləşdirilməsi, iş tələbi və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə münasibət bildirilmiş, qanunauyğun izahatlar verilmiş,  həlli istiqamətində tədbirlərin  görülməsi aidiyyatı qurumlara tapşırılmışdır.

 

Keçidlər