Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 3 dekabr Beynəlxalq Əlillər Günü qeyd olundu

03 dekabr 2019 | 16:00

3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Tovuz şəhəri  “Şam bağı” istirahət mərkəzində tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları Səbinə Rüstəmovanın, Tamam Yaralının və digər əlillərin əl işlərindən ibarət satış sərgisi ilə tanış olaraq, bir sıra məhsulları satın aldılar.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasında 1994-cü ildən başlayaraq 3 dekabr Beynəlxalq Əlillər Günü qeyd olunur. Əlavə sosial müdafiəyə ehtiyacı olan bu əhali qrupu dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Onların cəmiyyətə layiqli vətəndaş kimi qovuşması üçün dövlət nə lazımdırsa edir.

İnsan amilini xüsusi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Şəhid ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılıb. Əlillərin, şəhid ailələrinin  çoxu mənzillə, fərdi evlə təmin olunub. Əlillərə çoxlu minik avtomobili verilib.

Dövlət başçısının əlillərin sosial problemlərinin həllinə xüsusi qayğısı  nəticəsində onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpasına şərait yaradılıb. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara cəlb olunmasını həyata keçirir. Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursu əlilliyi olan şəxslərin etibarlı sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayır.

  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Fondun bu sahədə gördüyü konkret işlər, humanizm tədbirləri Mehriban Əliyevanın bu qəbildən olan insanlara qayğısının göstəricisidir.

Sonda  bir məsələni diqqətə çatdırmaq  istəyirəm ki, 3 dekabr  Beynəlxalq Əlillər Günü ilə əlaqədar belə tədbirlərə görə  ictimaiyyətimiz ölkə rəhbərliyinə minnətdarlığını bildirir.

Tədbirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Qarabağ müharibəsi əlili Sahib Rüstəmov, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin rayonlararası Tovuz idarə heyətinin sədri Nazim Əhmədoğlu, şair Tamam Yaralı çıxış edərək dövlətimizin əlillərə göstərdiyi hərtərəfli qayğıdan bəhs edərək, cənab Prezidentin həyata keçirdiyi sosial yönümlü siyasətdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu və uğurla yerinə yetirilən humanizim aksiyalarından böyük razılıqlarını konkret faktlarla bildirdilər.

Tovuz rayon təhsil şöbəsi və mərkəzi rayon xəstəxanası tərəfindən cəmiyyətə inteqrasiya istiqamətində fəalıq göstərən qabaqcıl müəllim və şagirdlərə, həkim və tibb işçisinə Fəxri Fərmanlar təqdim olunmuşdur.

Tovuz rayonun mədəniyyət və incəsənət ustalarının hazırladığı rəngarək konsert proqramı tədbir iştirakçılarına əlavə xoş ovqat bəxş etmişdir, tədbirə qatılanlar və əlillər şən musiqi sədaları altında rəqs etmişlər.

Cəmiyyətin həsas qrupu olan əlillər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər