Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Şahdəniz-2”- Böyük siyasətin məntiqi davamı” mövzusunda dəyirmi masa tədbiri keçirilmişdir

24 dekabr 2013 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin və YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” - Böyük siyasətin məntiqi davamı mövzusunda “Dəyirmi masa” keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycanın sürətli inkişafından danışaraq qeyd etmişdir ki, dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması təkcə ölkəmiz üçün deyil, bütövlükdə Avropa üçün əlamətdar hadisədir. Bu layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçıya çatdırılacaqdır. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış etmişdir. Məruzədə qeyd olunmuşdur ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq “Əsrin müqaviləsi imzalanmışdır. Bu gün isə “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması böyük siyasətin məntiqi davamı və Prezident İlham Əliyevin uğurlu siyasətinin qanunauyğun nəticəsidir.
Məruzə ətrafında Svetlana Verdiyeva, Bəhrəm Pənahov və başqaları çıxış edərək imzalanan sənədin əhəmiyyətindən, Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roldan söhbət açmışlar.

Keçidlər