Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası davam edir

20 noyabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar yenidən start götürüb. IX-XI sinif şagirdlərinin iştirakı ilə baş tutan bu tur-aksiyalara Tovuz rayonunun məktəbliləri də qatılıb.

18 noyabr 2019-cu il tarixdə başlayan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Tovuzlu məktəbliləri tur çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarında olmuş, burada tarixi, mədəni abidələr və turizm imkanları ilə yaxından tanış olmuşlar.

Keçidlər