Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

12 noyabr 2019 | 16:00

12 noyabr - Konstitusiya Günü münasibətilə Tovuz rayonunda tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən dəyirmi masada rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, idarə, müəssisə rəhbərləri, ziyalıların, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmədov qeyd etmişdir ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan  və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş Azərbaycanın Konstitusiyasında böyük Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunmasına nail olmuşdu. Bu, totalitar rejimdə nailiyyət idi.

Xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmağa başladı.  Qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yarandı.

Heydər Əliyev Konstitusiyasında  hakimiyyət bölgüsü – ali icra, qanunvericilik və  məhkəmə hakimiyyəti bərqərar olundu.

Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan Əsas Qanundur.

Müəllifinin böyük Heydər Əliyev olduğu Konstitusiyamız sosial yönümlüdür. Təsadüfi deyil ki, Konstitusiyanın maddələrinin üçdə birindən çoxunda insan hüquq və azadlıqlarına geniş yer verilmşdir. Bu, ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Bu gün Azərbaycan cənab prezident İlham Əliyevin  qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir. Azərbaycan son 16 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq sərmayə qoyulub.

Bu Konstitusiya günündə  hər bir vətəndaşımız qürur duyur ki, Dünya Bankının  hesabatında  Azərbaycan 10 islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan  olunmuşdur. Dünyanın qabaqcıl dövlətləri sırasındayda qərarlaşan ölkəmiz dinamik sosial- iqtisadi inkişafın parlaq göstəricisinə nail olub. Bu, çox böyük nailiyyətdir. Bu ugurların bazasında böyük Heydər Əliyevin həyat verdiyi Konstitusiyamız dayanır.

Bu bayram ərəfəsində - oktyabrın 25-26-da 120 ölkəni birləşdirən və BMT-dən sonra ikinci və ən böyük siyasi dialoq platforması olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyini məhz ölkəmiz edib. Hərakatın növbəti Zirvə Görüşünün ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə bağlı qeyd edib: “Qoşulmama Hərəkatının sədriliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və ehtiramın təzahürüdür”. Əminliklə demək olar ki, ölkəmizin 2019-2002-ci illər ərzində Hərakata sədrlik etməsi dövlətimizin beynəlxalq aləmdə rolunun və nüfuzunun daha da artmasına, həmçinin regionda mövqelərimizin möhkəmlənməsinə geniş imkanlar açacaqdır.

Mən rayon ictimaiyyətini, sizləri, bu əlamətdar hadisə və   Konstitusiya  Günü münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram.

Daha sonra “Azərbaycan Respublikasının konstitusiyası hüquqi dövlətin qarantıdır” mövzusunda rayon Icra hakimiyyəti  başçısının  hüquq şöbəsinin müdiri Svetlana Verdiyeva, “Azərbaycan Respublikasının konstitusiyası insan hüquq və azadlıqlarının təminatçısıdır” mövzusunda Tovuz Rayon polis şöbəsinin rəisi Şirzad Əsgərov, “Azərbaycan Respublikasının konstitusiyası Əsas Qanunumuzdur” mövzusunda Qovlar   şəhər 2 saylı tam orta məktəbin müəllimi Nəsimi Hüseynov məruzələrlə çıxış etmişlər.

12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən dəyirmi masanı yekunlaşdıran M. Məmmədov qeyd etmişdir ki, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.

Xalqımızın  ümummilli  liderimiz Heydər Əliyev yoluna, bu yolu  uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə inamı əbədidir, dönməzdir.

Keçidlər