Bol taxılın təməli qoyulur
Rayonun kənd təsərrüfatı istehsalçıları hər il bol ərzaq məhsulları yetişdirirlər. Tovuzda mühüm ərzaq olan taxıl istehsalına başlıca fikir verilir. Fermerlər və ayrı-ayrı sahibkarlar indiyə qədər payızlıq taxıl üçün 17 min 120 hektar sahədə şum qaldırmışlar. Yay aratı edilən torpaq sahələrində bu günə kimi 4065 hektar buğda, 3125 hektar dəmyə sahədə, 890 hektar suvarılan torpaqlarda olmaqla cəmisi 4015 hektar arpa səpilmişdir. Torpaq sahiblərinin sertifikatlı arpa və buğda toxumları tədarük etmələrinə lazımi şərait yaradılmışdır.
Rayon üzrə indiyə qədər 8075 hektar sahədə buğda və arpa səpilmişdir. İlkin hesablamalar göstərir ki, 2020-ci ilin məhsulu üçün 2019-cu ilə nisbətən 2 min hektardan çox sahədə şum qaldırılaraq taxıl bitkiləri əkiləcəkdir.
Hazırda taxıl səpini və taxıl sahələrinin suvarılması aqrotexniki qaydalara uyğun davam etdirilir.