Qalib məktəblər və şagirdlər mükafatlandırıldı
12 noyabr - Konstitusiya Günü münasibəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Təhsil Nazirliyi Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası təşkil etmişdir.
Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında təşkil edilib.
Olimpiadada qalib olan məktəblər və şagirdlər mükafatlandırılıb. Qaliblər arasında Tovuz şəhər N. Tusi adına məktəb-liseyin, Tovuz Dövlət Sosial-İqtisad Kollecin, Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəbin, Aşağı Quşçu kənd İ. Mürşüdov adına tam orta məktəbin kollektivləri, şagirdləri tələbələri də olmuşdur.
Qalib adını qazanaraq mükafatlandırılan tovuzlu gəncləri təbrik edirik.