Tovuzda avtoyürüş keçirilmişdir
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ərəfəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycanındır!” devizi altında Qazax-Tovuz-Şəmkir-Gəncə marşurutu üzrə avtoyürüş təşkil etmişdir. Dövlət Bayrağının dalğaları altında keçirilən bu tədbirə tovuzlu Qarabağ müharibəsi veteranları və əlilləri də qoşulmuşlar.
Yürüş iştirakçıları ilk öncə Tovuz şəhərində Şəhidlər Xiyabanını ziyarət etmişlər. Daha sonra veteranlar və müharibə əlilləri dövlət tərəfindən onlara hədiyyə edilmiş avtomobillərlə avtoyürüşə qoşulmuşlar. Dövlət bayraqları, şuar və transparatlarla bəzədilmiş avtomobil karvanı Gəncə şəhəri istiqamətində yola düşmüşdür.