Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində səyyar qəbul-görüş keçirilib

06 noyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Ağbulaq kəndində  keçirilmişdir.

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmişdir. Ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır. İH başçısı çıxışında Tovuz rayonunda, eyni zamanda sərhəd kəndlərində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar kənddə inşa olunmuş yeni yaşayış evlərinin qazlaşdırılması, ərazidən keçən avtomobil yolunda su keçidinin təmir olunması, örüş məqsədilə meşə torpaqlarından istifadə olunmasına icazə verilməsi və digər məsələlərlə bağlı müraciətlər etmişlər. 

Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər