Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirildi

04 noyabr 2019 | 16:00

Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuz rayonunda 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirildi.

Olimpiadadan əvvəl Konstitusiya Məhkəməsinin nümayəndələri Tovuz şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidasini ziyarət ediblər.

Olimpiadada rayonun 7 məktəbinin hər birindən 20 nəfər X və XI sinif şagirdləri və Tovuz Dövlət Sosial-İqtisad Kollecinin tələbələri iştirak etdi. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olundu.

Olimpiadanın əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.

Keçidlər