Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

22 noyabr 2013 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 21 il ərzində qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danışmışdır.
Sonra YAP rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış etmişdir. Partiyanın yaranma tarixindən danışan məruzəçi bildirmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, ərazilərimizin düşmən tərəfindən işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz, avantürist liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi. Belə bir vaxtda insanların şüurunda və qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu çətin dövrdə Heydər Əliyevə üz tutmuş, ölkənin nicatı naminə onu siyasi həyatda daha fəal iştirak etməyə çağırmışdı. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayı keçirildi və ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu. Son illərdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin, qəbul edilmiş çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsinin, region ölkələrində və beynəlxalq aləmdə heyrət doğuran böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi İlham Əliyevə etibar etməklə özlərinin ulu öndər Heydər Əliyev siyasətinə sədaqətini və inamını nümayiş etdirmişdir. Xalqımız bu siyasətin bəhrəsini gündən-günə daha çox hiss etməkdədir. Toplantıda üzvlərinin sayı 7 min nəfərə çatan YAP Tovuz rayon təşkilatının fəaliyyətindən, gördüyü işlərdə də söhbət açılmışdır.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyasının üzvləri çıxış edərək partiyanın ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı əhəmiyyətli roldan danışmışlar.

Keçidlər