Şriftin ölçüsü :

Saytın rəngi :

Qədirli kəndində səyyar qəbul-görüş keçirilmişdir

30 oktyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qədirli kəndində  keçirilmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı M. Məmmədov çıxış edərək bildirmişdir ki, 15 oktyabr tarixində cənab Prezidentin yanında iqtisadi müşavirə keçirilmişdir. Müşavirədə cənab Prezident 2019-cu ilin doqquz ayında ölkəmizdə görülən işləri ətraflı təhlil etmiş, növbəti mərhələdə qarşıda duran vəzifələrdən danışmışdır.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edildiyini qeyd edən rayon rəhbəri proqramın növbəti 5 ildə regionların daha da inkişaf etməsini və xalqımızın rifahının daha da yüksəldilməsini təmin edəcəyini, Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  çox əhəmiyyətli tədbirlərin həyata keçiriləcəyini, o cümlədən, proqramda Qədirli kənd tam orta məktəbinin də əsaslı təmir olunacağının səyyar qəbul-görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Bildirilmişdir ki, rayonun bütün yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Qədirli və Cilovdalı kəndlərində də müəyyən işlər görülmüşdür. Kəndin yolu asfaltlanmış, yaşayış evləri qazlaşdırılmış, su arxları betonlaşmış, əkinlərin suvarma təminatı yaxşılaşdırılmış, içməli su layihəsi həyata keçirilmişdir. Bu kimi sosial layihələri bundan sonra da davam etdiriləcəkdir.

Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri  cənab Prezidentin tapşırığı ilə rayon İcra hakimiyyətinin başçısının yerlərdə mütəmadi olaraq əhali ilə görüşlərin keçirilməsindən məmnun olduqlarını bildirmiş, onlara yüksək diqqət və qayğı göstərdiyinə görə ölkə rəhbərliyinə təşəkkürlərini çatdırmışlar.

Sakinlərdən Zakir Quliyev, Manya Hacıyeva, Leyla Qarayeva, Novruz Abdullayev, İsmayıl Qələndərov, Həsən Həsənov, Eldar Dəmirov, Ağabəy Məmmədov, Zirəddin Sadıqov, Qumru Rəhimova, Ələddin Məmmədov və başqaları söz alaraq elektrik enerjisinin verilməsində olan nöqsanlar, təbii qazın təzyiqinin aşağı olması, torpaq, telefon, yol məsələləri və digər məzmunlu müraciətlər səsləndirmişlər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə səyyar-qəbul görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, yerli təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər