Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərinin küçələrində abadlıq işləri davam etdirilir

19 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə ərazisində olduğu kimi Tovuz rayonunda da genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir.

Abadlıq işlərinin davamı olaraq bu günlərdə Tovuz şəhərinin küçələrinə asflat-beton örtük qoyulmasına başlanmışdır. Sakinlər vətəndaş məmnunluğuna xidmət edən belə abadlıq işlərinin həyata keçirilməsini əhaliyə göstərilən qayğının nəticəsi kimi qiymətləndirirlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov şəhərin S. Vurğun küçəsində olaraq görülən işlərin gedişi ilə maraqlanmış və müvafiq tövsiyyələrini vermişdir. 

Şəhər əhalisinin ictimai rəyi nəzərə alınmaqla Tovuz şəhərinin Aşıq H.Bozalqanlı, “Şəfa”, İstiqlal, Z.Axundov, S.Xasıyev və 28 May küçələrinə də asfalt örtük qoyulacaqdır.

Keçidlər