Tovuzda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib
Tovuzda Gənclər və İdman Nazirliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda geniş konfrans keçirilib. Tovuz rayon Mədəniyyət Mərkəzində təşkil olunan konfransda Tovuz rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə konfrans iştirakçıları Tovuz şəhəri Heydər Əliyev adına meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılar “Ulu Öndər” sənədli filmini izləyiblər.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin formalaşdırdığı Gənclər siyasətinin məntiqi nəticəsidir ki, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər. Dövlətçiliyimizin gələcəyinin etibarlı təminatı sağlam gənclik yetişdirməkdən asılıdır. Dahi Heydər Əliyevin azərbaycançılıq ideologiyası daim milli birlik yaradaraq ölkəmizin sağlam ictimai-siyasi mühitini şərtləndirir. Eyni zamanda gələcəyimiz olan gənclər ölkəmizin sosial-iqtisadi inkşafında yaxından iştirak edir. İctimai- siyasi proseslərdə gənclərin rolu daha da artır. Bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün də üzərinə çox mühüm vəzifələr düşür.
Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilb. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məifikurəsi bu gün də xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparır, bu məfkurə əsasında milli-mənəvi dəyərlərimiz qorunur və cənab Prezidentimiz İlham Əliyevin bu məfkurəni uğurla davam və inkişaf etdirir. İndi Azərbaycanda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan vətənpərvər gəncliyimiz yetişmişdir. Milli-mənəvi dəyərlərimizi uca tutan, dövlətə və dövlətçilyə sadiq gənclərimizlə biz fəxr edirik.
Biz Tovuzlular həmişə qürur duyuruq ki, Ermənistanla 69 kilometr sərhədimiz olmasına və hər cür təxribata baxmayaraq bir qarış torpağımızı düşmənə vermədik. Tovuzluların vətənpərvərlik hisləri çox güclüdür. Son illər 636 nəfər tovuzlu məzunun ali hərbi məktəblərə daxil olaraq milli orduda xidmət etmələri ilə qürur duyuruq. Bu il də məzunlardan 27 nəfərinin ali hərbi məktəbə, 8 nəfərin isə hərbi liseyə daxil olması diqqət çəkir. Biz də çalışırıq ki, gənclərimiz hərtərəfli qayğı ilə əhatə olunmaları ilə yanaşı, həm də böyük Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiqolan layiqli vətəndaşlar kimi yetişsinlər.
Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək, dövlətçiliyimizin gələcəyinin etibarlı təminatının sağlam gənclik yetişdirməkdən asılı olduğunu deyib. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli birlik yaratdığını söyləyən nazir müavini ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə gənclərin rolundan danışıb. O, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Konfransda iştirak edən Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər.
Tədbirdə Ağbulaq kənd tam orta məktəbin müəllimi Rəvanə Verdiyeva, fəal gənclərdən Vüqar Əhmədov, Günel Bədirova, Elçin Qasımov, Alı İbrahimov təkliflərlə çıxış edərək ölkəmizin bütün yerlərində olduğu kimi Tovuz rayonunda da gənclərin sağlam inkişafı üçün yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Konfrans işgüzar şəraitdə keçib.