Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi Günü münasibətilə gənclərin ümumrayon yürüşü keçirilmişdir

15 oktyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə gənclərin ümumrayon yürüşü keçirilmişdir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkından başlanan yürüş şəhərin baş meydanında Ulu Öndərin adını daşıyan mərkəzin yanında başa çatıb.

Yürüşdə  500 nəfər iştirak edib. Yürüşçülər arasında gənc oğlan və qızlar, eləcə də orta yaş qrupuna aid şəxslər təmsil olunublar.

Yürüşdən əvvəl rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov qeyd edib ki, oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Yürüş iştirakçıları cəngi sədaları altında qarşılanmış və rayon gənclərinin nümayəndələri “dövlət müstəqilliyimiz əbədidir”  devizi altında flaşmob keçirmişlər.

Keçidlər