Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda əhalinin siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir

12 oktyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin akt zalında 2019-cu ildə rayonda əhalinin siyahıyaalınması ilə bağlı yığıncaq keçirilmişdir.

Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, 1-10 oktyabr tarixlərində ölkə ərazisində əhalinin növbəti siyahıyaalınmasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyası rayon ərazisində siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin vaxtında, mütəşəkkil yerinə yetirilməsini, qarşıya  çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmişdir. Rayonda həyata keçirilən əhalinin siyahıyaalınması rayon üzrə əhalinin sayı və tərkibi, o cümlədən iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair dəqiq informasiyaların əldə olunmasına imkan vermişdir.

İclasda rayon İH başçsının sərəncamı ilə yaradılmış yardım komissiyasının məlumatı dinlənilmişdir.

Komissiyanın sədr müavini, rayon statistika idarəsinin rəisi Niyazi Tağıyev çıxış edərək bildirmişdir ki, cari ilin 1-10 oktyabr tarixlərində Tovuz rayonunun 43 inziabti ərazi dairəsinin tərkibində 104 yaşayış məntəqəsi üzrə əhalinin siyahıyaalınmasının təşkili məqsədilə təsdiq olunmuş təşkilat planına uyğun olaraq yerlərdə təlimlər keçirilmiş, sayıcılar lazımi səviyyədə təlimatlandırılmışdır. Onlar bütün zəruri ləvazimatlarla təmin olunmuşdur. Oktyabr ayının 1-dən başlayaraq 10 gün ərzində sayıcı məntəqələri üzrə təyin olunmuş 586 nəfər sayıcı bütün ev təsərrüfatlarında olmuş, siyahıyaalma və sorğu vərəqlərini təlimati qaydalara uyğun doldurmuşlar. Növbəti 5 gün müddətində sayıcılar onlara təyin olunmuş əraziyə nəzarət-baxış keçirəcək, məlumatları bir daha dəqiqləşdirdikdən sonra yekun cədvəllər doldurularaq rayon statistika idarəsinə təhvil veriləcəkdir.

İclasda çıxış edən İH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fərman Qurbanov, İH başçısının Tovuz şəhər, Yuxarı Öysüzlü, Çeşməli, Əlibəyli və Yanıqlı kənd İƏD üzrə nümayəndələri inzibati ərazi dairələrində əhalinin siyahıyaalınması ilə əlaqədar yekun məlumatlarının vaxtında və kefiyyətlə işlənib aidiyyatı üzrə təqdim olunmasında sayıcıların üzərinə düşən vəzifələrdən danışmış, siyahıyaalmanın əhalinin uçotunun və hərəkətinin dəqiqləşdirilməsi istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulamış və bununla əlaqədar yerlərdə tələb olunan işlərin məsuliyyətlə icra olunduğunu diqqətə çatdırmışlar.  

Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yekunlaşdırmış və kommisiya üzvlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər