Şriftin ölçüsü :

Saytın rəngi :

Əlibəyli kəndində vətəndaşlarla görüş keçirilmişdir

09 oktyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun sərhəd kəndi olan Əlibəyli kəndində keçirilmişdir.

Əlibəyli kəndində yaşayan kənd ağsaqqaları, birbaşa təmas xəttində yaşayan sakinlər, yerli təşkilatların nümayəndələri tədbirdə iştirak etmişlər. 

Səyyar qəbul-görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək kənd sakinlərini salamlamış, keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışaraq ölkəmizdə sərhəd kəndlərinə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsində görülən işlərdən, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan vəzifələrdən danışmışdır.

Cənab M. Məmmədov son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açaraq əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs etmiş, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayandığını diqqətə çatdırmışdır. 

M. Məmmədov səyyar qəbul-görüşdə iştirak edən sakinləri aktiv olmağa, onları maraqlandıran məsələlərlə bağlı fəallıq göstərməyə çağırmışdır.

Kənd sakinləri Valeh Rzayev, Abdulla Ələsgərov, Vüqar Bayramov, Tofiq Tanrıverdiyev, Şahmurad Əliyev, Vaqif Rzayev, Niftalı Bayramov və başqaları müraciət edərək Əlibəyli kəndinin içməlu su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, elektrik təsərrüfatında olan qüsurların aradan qaldırılması, kənd məktəbinin yolunun təmir olunması, yaşayış evlərinə istinad divarlarının tikilməsi layihəsinin davam etdirilməsi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, əhalinin sosial müdafiəsi və digər məsələlərlə bağlı müraciətlər etmişlər.

Sakinlər tərəfindən qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılmış, bəzi məsələlər yerindəcə öz həllini tapmış, bir sıra təklif və tənqidi qeydlərin araşdırılması və həllinə kömək göstərilməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər