Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda Kür çayına körpə balıqlar buraxılıb

28 sentyabr 2019 | 16:00

Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələrinin Kür çayına  buraxılması həyata keçirilib.
Bu münasibətlə Hunanlar kəndində keçirilən tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, mütəxəssislər, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişlər.
Tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. Bildirilmişdir ki, 2019-cu ilin sonunadək, ümumilikdə 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək,  balıq məhsullarının əhalinin təlabatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.

Keçidlər