Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinə qayğı göstərilir

25 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin və əlavə sosial müdafiəyəyə ehtiyacı olan digər əhali qruplarının hərtərəfli qayğı ilə əhatə olunmasını, onların problemlərinin həll edilməsini də prioritet vəzifə kimi qarşıya qoymuşlar.
Həmin müəyyənləşdirilmiş iş istiqamətinə uyğun olaraq rayonda bu sahədə konkret tədbirlər həyata keçirilir. Ermənistandan qaçqın düşmüş Sahib Namazov Azərbaycanda məskunlaşandan sonra Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun ailəsi 1990-cı ildə tikilmiş və uzun müddət istifadə edildiyindən yararsız vəziyyətə düşən darısqal mənzildə yaşayırdı. Rayon İcra Hakimiyyəti tərəfindən həmin mənzilin əsaslı şəkildə təmir olunaraq genişləndirilməsi işlərinə başlanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailəsi üçün tikilən yaşayış sahəsinə baxış keçirərək görülən işlərin gedişi ilə maraqlanmışdır.
Şəhid ailəsi Mehin Quliyeva onlara göstərilən qayğıya və görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Tikinti sahəsində mənzilin rahatlığı üçün bir sıra əlavə işlərin görülməsi barədə təklif səsləndirilmiş və bunun üçün müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər