Şriftin ölçüsü :

Saytın rəngi :

Əyyublu kəndində keçirilən səyyar qəbul–görüşdə yüksək fəallıq müşahidə edilmişdir.

24 sentyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Əyyublu kəndində  keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov səyyar qəbul-görüşdə iştirak etmişdir.
Öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, fundomental islahatlar,  əldə olunan naliyyətlər və vətəndaş məmnunluğu, rayonda aparılan tikinti quruculuq və abadlıq işləri barədə danışmış, hazırda icra olunan layihələr və görüləcək işlər haqqında  səyyar qəbul-görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, möhtərəm cənab Prezidentimizin tapşırığı ilə müntəzəm olaraq yerlərdə səyyar qəbullar-görüşlər keçirilməsində məqsəd  insanların yanında olmaq, onları  maraqlandıran məsələlərin həllinə kömək göstərməkdən ibarətdir.
Əyyublu kəndi rayonumuzun ən iri və zəngin tarixi olan bir kənddir. Burada 12 minə yaxın əhali yaşayır.  Burada görkəmli ziyyallar yetişmişdir. Eyni zamanda bu kəndin yaxşı təsərrüfatçılıq ənənələri vardır. Tovuz rayonun bütün  yaşayış məntəqələrinin  sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Kəndlərdə  yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi,  qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su təminatı sahəsində işlər uğurla davam etdirilir. O cümlədən,  Əyyublu kəndində davamlı olaraq abadlıq işləri aparılır və ekoloji tədbirlər həyata keçirilir. Kəndin ərazisindən keçən magistral avtomobil yolları əsaslı təmir olunmuşdur. Eyni zamanda kəndin mərkəzi küçəsi asfaltlanmışdır. Zəyəm çayı üzərində yeni körpü salınmışdır. Kənddə bir müasir tipli məktəb binası inşa edilmişdir. Mövcud infrasturukturun yenlənməsi sahəsində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra Rayon rəhbəri yerli sakinlərə müraciət edərək onları narahat edən məsələlərlə, eyni zamanda  kəndin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı  aktivlik göstərməyə çağırmışdır.
Kənd sakinləri Rəhim Rəhimov, Sərdar Abbasov, Vəliyeva Mehriban, Ziyafət Mirzəyeva, Türkan Süleymanova, Ağca Məmmədova, Cəmaləddin Məmmədov, Məleykə  Mayılova, Elşad Kərimov, Yazgül Yusifova, Tamara Məmmədova, Laşın Əsədova, Südabə Sadıqova, Qaytan Namazova, Abbas Abbasov, Mələk Əsgərova, Mübariz Mehralıyev və başqaları RİH başçısına müraciət etmiş, öz şəxsi məsələləri,Əyyublu kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər və tənqidi qeydlər səsləndirmişlər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə səyyar-qəbul görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, yerli təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər