Şriftin ölçüsü :

Saytın rəngi :

Alakol kəndində yeni məktəb binası istifadəyə verilmişdir

14 sentyabr 2019 | 16:00

 

  Tovuz rayonunun Alakol kəndində yeni məktəb binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, məktəbin pedaqoji kollektivi, şagirdlər, valideyinlər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
  Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda gənc nəslə hərtərəfli qayğı göstərərək təhsilin inkişafı üçün kompleks tədbirlər həyata keçirirlər. Bunun davamı olaraq rayonun Alakol kəndində belə möhtəşəm məktəb kompleksinin tikilərək kənd sakinlərinə hədiyyə olunması çox sevindirici və qürurvericidir.
  Heydər Əliyev fondunun təşəbbüsü ilə həm də indi rayonumuzda Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi üçün 1200  şagird yerlik yeni məktəb binası tikilir, Aşağı Quşçu və Köhnəqala kənd məktəbləri əsaslı şəkildə yenidən qurulur. Son 3 ildə  rayonumuzda 11 modul tipli məktəb binası tikilib istifadəyə verilmişdir. Bunların  hamısı Tovuz rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malik olan işlərdir. Kənddə belə müasir məktəb kompleksinin tikilib istifadəyə verilməsi əhalimizə dövlətimizin qayğısının ən parlaq təzahürüdür. Bu əvəzsiz töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Tovuz rayon ictimaiyyəti adından öz dərin  minnətdarlığımızı bildirmək istəyirəm.
 İndi sizin üzərinizə düşən əsas vəzifə belə gözəl məktəbdə, yüksək təminatı olan tədris ocağında yaxşı oxumaq, lazımi səviyyədə tədris aparmaq və dövlətimizin qayğısına əməli işlərlə cavab verməkdən ibarətdir. İnanırıq ki, pedoqoji kollektivlər dövlətin onlara yaratdığı belə gözəl şəraitdən düzgün istifadə etməklə vətənimizə layiq övladlar yetişdirilməsində əllərindən gələni edəcəklər.
 Əminik ki, onların yüksək bilik verib həyata hazırladıqları gənclər də etimadı həmişə doğruldacaqlar.
 Sizin hamınızı Alakol kəndində belə gözəl məktəbin istifadəyə verilməsi, eyni zamanda qarşıdan gələn “Bilik Günü” bayramı münasibətilə ürəkdən təbrik edirəm və  sizlərə uğurlar arzulayıram.
 Tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, kənd ağsaqqalı Alı Əsgərov, şagird Təhminə Quliyeva, məktəbin adını daşıdığı şəhid Nürəddin Sadıqovun həyat yoldaşı Kifayət Sadıqova, kənd sakini Oqtay İsmayılov çıxış edərək Alakol kəndində müasir tipli, gözəl məktəb binası inşa olunduğuna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Dövlətin bu qayğısına əməli işləri ilə cavab verəcəklərini, təhsildə yeni uğurlara nail olacaqlarını, müstəqil Azərbaycanımız üçün layiqli vətəndaşlar yetirəcəklərini qeyd etmişlər.
 Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov və məktəbin müəllimi Rəfiqə Hüseynova  N. Sadıqov adına Alakol  kənd tam orta məktəbinin yeni binasının rəsmi açılışını göstərən lenti kəsmişlər.
 Sonda tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.Müasir fənn kabinetləri, hər çür inventar və avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, hərbi hazırlıq kabineti, zəngin kitabxana,müasir məktəb bufeti, idman zalı ilə tanışlıq böyük təəssürat yaratmışdır.


 

Keçidlər