Şriftin ölçüsü :

Saytın rəngi :

Xatınlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

11 sentyabr 2019 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Xatınlı kəndində keçirilmişdir. Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək ilk öncə keçən ilin oktyabr ayında kənddə keçirilmiş səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılmış təkliflərin və tənqidi qeydlərin icrasına nəzər yetirmiş, onların əksəriyyətinin öz həllini tapdığını diqqətə çatdırmışdır.
M. Məmmədov qeyd etmişdir ki, Xatınlı kəndi zəngin tarixi və ənənələri olan bir kənddir. Bütün  yaşayış məntəqələrinin, o cümlədən Xatınlı kəndinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Kəndlərdə  yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi,  qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su təminatı sahəsində işlər uğurla davam etdirilir. Son illərdə Xatınlı kəndinə gələn yollar yenidən salınmış, körpələr evi-uşaq bağçası əsaslı təmir edilmiş, müasir layihə əsasında qazlaşma işləri aparılmış və içməli su layihəsi icra olunmuşdur. 
Ölkəmizdə gedən ictimai-siyasi proseslər, həyata keçirilən  islahatlar barədə danışan Məmməd Məmmədov Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürdüyünü, ölkəmizin sürətli inkişaf yolunda olduğunu, möhtərəm cənab Prezidentimizin yürütdüyü daxili və xarici siyasətin xalqımızı xoşbəxt gələcəyə apardığının qeyd etmişdir.
Bildirmişdir ki, 2019-cu ildə xalqımızın həyat səviyyəsinin yüksəldilməsi, onun firəvanlığının təmin edilməsi istiqamətində  çox mühüm tədbirlər görülür. Bu il cənab Prezident cəmiyyətə iki sosial paket təqdim etmişdir. Bu layihələrdən milyonlarla Azərbaycan vətəndaşı bəhrələnir. İnsanlarımız çox məmnundur. Ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri kəndin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək suvarma suyunun yaxşılaşdırılması, yeni yaşayış massivindəki evlərə təbii qaz xəttinin çəkilməsi, elektrik xəttinin təmir olunması, torpaq sahəsinin sənədləşdirilməsi və məktəb yolunda xəbərdarlıq nişanlarının qoyulması ilə bağlı müraciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.

Keçidlər