Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir

23 avqust 2013 | 15:00

Avqustun 22-də Tovuz Rayon İcra Hakimiyyətində yüksək balla respublikanın ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən danışmışlar.
Diqqətə çatdırılmışdır ki, son illər Tovuz rayonundan respublikanın ali hərbi akademiya və liseylərinə qəbul olunanların sayının artması diqqəti xüsusilə cəlb edir. Cari ildə 88 tovuzlu gənc ali hərbi məktəb və liseylərə qəbul olunmuşdur. Bildirilmişdir ki, ali məktəblərə qəbul imtahanlarında Y.Sadiqov adına Bozalqanlı kənd tam orta məktəbinin məzunu Nərminə Murquzova 700, M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin məzunu Klara Axundova 690, E.Bayramov adına Əyyublu kənd tam orta məktəbinin məzunu Polad Sadıqlı 671, A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbinin məzunu Ömər Həsənli isə 641 bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar.
Sonda 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 75 gəncə hədiyyələr təqdim edilmişdir.

Keçidlər