Şriftin ölçüsü :

Saytın rəngi :

Qazıqulu kəndində səyyar qəbul-görüş keçirilmişdir

04 sentyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti  səyyar qəbul-görüşü Qazıqulu kəndində keçirilmişdir. Səyyar qəbulda  İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, yerli təşkilatların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunduğunu.  Proqramda Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  çox əhəmiyyətli tədbirlərin olduğunu qeyd etmişdir.
Bildirilmişdir  ki, cənab Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, müəlimlərin maaşı, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov qeyd etmişdir ki, Qazıqulu kəndi ərazicə Tovuz şəhərinə bitişik olan bir kənddir və Aşağı Öysüzlü kənd nümayəndəliyinin tərkibindədir.  Tovuz şəhərinin və ona bitişik olan yaşayış məntəqələrinin  sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Şəhərdə və ətraf ərazilərdə  yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi,  qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su təminatı sahəsində işlər davam etdirilir. O cümlədən, son illərdə Qazıqulu kəndinə gələn yollar əsaslı təmir olunmuş, yeni məktəb binası tikilmiş və abadlıq işləri aparılmışdır.  Kəndin sosial-iqtisadi durumu haqqında danışan M. Məmmədov kəndin problemlərinin  həlli istiqamətində görülən işlərdən səyyar qəbul-görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Kənd sakinlərindən Tağıyev Arif, Bağırov Aynəddin, Bayramova Hicran, Məmmədova Qənirə, Ələkbərov Aydın, Bağırova Növrəstə  və başqaları çıxış edərək içməli və suvarma su probleminin həlli, Aşağı Öysüzlü məktəbinin əsaslı təmiri, evinə qaz çəkilməsi, yaşayış binasının dam örtüyünün dəyişdirilməsi, elektrik dirəklərinin yenilənməsi barədə təklif və tənqidi qeydlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər