Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərli kəndində səyyar qəbul-görüş keçirilmişdir

21 avqust 2019 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Səfərli kəndində keçirilmişdir. Tədbirdə Böyük Qışlaq, Mollalar, Məsimlər və Şamlıq kənd sakinləri, rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışmışdır.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edildiyini qeyd edən rayon rəhbəri proqramın növbəti 5 ildə regionların daha da inkişaf etməsini və xalqımızın rifahının daha da yüksəldilməsini təmin edəcəyini, Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  çox əhəmiyyətli tədbirlərin həyata keçiriləcəyini səyyar qəbul-görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, rayonun dağ kəndlərinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Dağ kəndlərinin yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələ-mərhələ qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. O cümlədən, son illərdə Böyük Qışlaq  kənd inzibati ərazisində Səfərli kəndində məktəb binası tikilmiş, bu il isə Şamlıq kəndində modul tipli məktəb quraşdırılır. Yüksək gərginlikli elektrik xəttlərində əsaslı təmir işlərinə başlanmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri  cənab Prezidentin tapşırığı ilə dağ kəndlərində yaşayan əhaliyə yüksək diqqət və qayğı göstərdiyinə görə ölkə rəhbərliyinə təşəkkürlərini çatdırmışlar. Müraciət edən kənd sakinləri Səfərli, Məsimlər, Mollalar və Şamlıq kəndlərinin qazlaşdırılması, şəhid adının əbədiləşdirilməsi, kəndli təsərrüfatlarında saxlanılan mal-qaranın vəhşi heyvanlardan qorunması tədbirləri, yaşayış evlərinin odun yanacağı ilə təmin olunması məsələlərinin həllinə kömək göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər