Şriftin ölçüsü :

Saytın rəngi :

Çeşməli kəndində səyyar qəbul-görüş keçirilmişdir

14 avqust 2019 | 16:00


  Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Çeşməli kəndində  keçirilmişdir.
  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov səyyar qəbul-görüşdə iştirak etmişdir.
  Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirmişdir ki, 31 iyul tarixində cənab Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı geniş müşavirə keçirilmişdir. Müşavirədə cənab Prezident 2019-cu ilin birinci yarım illiyində ölkəmizdə görülən işləri ətraflı təhlil etmiş, növbəti mərhələdə qarşıda duran vəzifələrdən danışmışdır.
 “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edildiyini qeyd edən rayon rəhbəri proqramın növbəti 5 ildə regionların daha da inkişaf etməsini və xalqımızın rifahının daha da yüksəldilməsini təmin edəcəyini, Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  çox əhəmiyyətli tədbirlərin həyata keçiriləcəyini səyyar qəbul-görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
   Bildirilmişdir ki, rayonun dağ kəndlərinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Dağ kəndlərinin yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələ-mərhələ qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. O cümlədən, son illərdə Çeşməli kənd inzibati ərazisində Çeşməli və Papaqçılar kəndində iki məktəb binası tikilmiş, bu il isə Güvəndik kəndində modul tipli məktəb quraşdırılır. Yaxın gələcəkdə Çatax-Çeşməli-Həsənli yolunun əsaslı təmir olunması nəzərdə tutulur. Bu il yüksək gərginlikli elektrik xəttlərində əsaslı təmir işlərinə başlanmışdır.
  Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri  cənab Prezidentin tapşırığı ilə rayon İcra hakimiyyətinin başçısının yerlərdə mütəmadi olaraq əhali ilə görüşlərin keçirilməsindən məmnun olduqlarını bildirmiş, dağ kəndlərində yaşayan əhaliyə yüksək diqqət və qayğı göstərdiyinə görə ölkə rəhbərliyinə təşəkkürlərini çatdırmışlar. Sakinlərdən Nağı Əsgərov, Dağıstan Süleymanov, İsgəndər Məmmədov, Məleykə Abdıyeva, Mahirə Qarayeva, Bünyad Cəfərov, Həbib Kazımov, Əli Quliyev, Əhməd Yusifov, Rafiq Hüseynov, Nizami Qasımov, Esmira Qarayeva söz alaraq kənd yolunun əsaslı təmiri və yolun üzərində körpü tikintisi, təbii qazla təminat, elektrik enerjisinin verilməsində olan nöqsanlar, özünüməşğulluq məsələləri və digər məzmunlu müraciətlər səsləndirmişlər.
  Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə səyyar-qəbul görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, yerli təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

 


         
 

Keçidlər