Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Qaralar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

07 avqust 2019 | 16:00

 

  Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaralar kəndində keçirilmişdir. Səyyar-qəbul görüşdə  rayonun  ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak  etmişlər.
  Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq bildirmişdir ki, Qaralar kəndi rayonumuzun ən ucqar dağ kəndidir və sərhəd bölgəsində yerləşir. Rayonun dağ kəndlərinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Dağ kəndlərinin yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələ-mərhələ qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. O cümlədən son illərdə Qaralar kəndinə Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu çəkilmiş, keçən il kənddə modul tipli məktəb quraşdırılmış,bütün yaşayış evləri qazlaşdırılmışdır. Burada beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra layihələr həyata keçirilmişdir. Bütün bunlar hamısı  dağ kəndlərində yaşayan əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
   Məlumat verilmişdir ki, 31 iyul 2019-cu il tarixdə möhtərəm Prezident cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı geniş  müşavirə keçirilmişdir. Son  bir ildə Azərbaycanda aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.  Prezident İlham Əliyev ilk növbədə bu vəsaitlərin sosial sferaya yönəldilməsini təmin etmişdir.
  Ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar dünya üçün nümunədir.
  Qaralar kənd sakinləri Dadaş Qasımov, Xanoğlan Xəlilov, İlqar Bayramov, Nizami Qasımov, Firuddin Yusifov elektrik təsərrüfatında olan qəzalı dirəklərin və naqillərin dəyişdirilməsi, ərazi üzrə elektrik təsərrüfatına ştat vahidinin açılması, xəstəliliyə görə pensiyanın təyin olunması, kənddə həkim məntəqəsinin açılması və ixtisaslı həkim təyin olunması, banklardan fermerlərə  güzəştli kreditlərin verilməsi ilə bağlı təklif və tənqidi qeydlər səsləndirmişlər.
  Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.


 

Keçidlər