Şriftin ölçüsü :

Saytın rəngi :

Göyəbaxan kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir.

31 iyul 2019 | 16:00

   Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Göyəbaxan kəndində  keçirilmişdir. Səyyar-qəbul görüşdə  rayonun  ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri  və yerli sakinlər iştirak  etmişlər.

  Göyəbaxan kəndində keçirilən səyyar qəbul-görüşdə iştirak edən Göyəbaxan, Qarağatlı, Nəsibli, Hüseynqulular və Məşədiqullular kənd sakinləri bu kimi tədbirlərin yerlərdə keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş və onları maraqlandıran bir sıra məsələlərlə bağlı İH başçısına müraciət etmişlər. Sakinlərdən  Səmayə Alıyeva, Sinaxanım Namazova, Vaqif Quliyev, Kərəm Paşayev, Şəmşəd Məmmədov, Faiq Abbasov, Etibar Musayev, Vilayət Musayev  və başqaları nümayəndəliyin tərkibinə daxil olan yaşayış məntəqələrinin sosial-iqtisadi problemləri, xüsusilə kənd yolunun işlənməsi, elektrik təsərrüfatının yenilənməsi, ərazinin qazlaşdırılması, tibbi xidmətin təşkili məsələlərinə toxunmuş və həllinə köməklik göstərilməsini xahiş etmişlər. Eyni zamanda sakinlər iş tələbi, ünvanlı sosial yardım, veteran vəsiqələrinin verilməsi, torpaq məsələləri barədə təkliflər və tənqidi qeydlər səsləndirmişlər.
  Səyyar qəbul-görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı  cənab M.Məmmədov dağ kəndlərinin sosial-iqtisadi inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə sakinlərə ətraflı məlumat vermiş, hər bir müraciətin araşdırılacağı və hüquqi tədbirlər görüləcəyini vətəndaşların diqqətinə çatdırmışdır. Bir sıra məsələlərin operativ həlli ilə bağlı aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinə  tapşırıqlar verilmişdir.

Keçidlər