Şriftin ölçüsü :

Saytın rəngi :

Qəribli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

30 iyul 2019 | 16:00

   Tovuz rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu  rayonun Qəribli  kəndində keçirilmişdir.  Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.

   Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzaladı. Proqram növbəti 5 ildə regionların daha da inkişaf etməsini və xalqımızın rifahının daha da yüksəldilməsini nəzərdə tutur. Proqramda Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  çox əhəmiyyətli tədbirlər vardır.
Bildirilmişdir  ki, cənab Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, müəlləmlərin maaşı,əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.
   Rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov qeyd etmişdir ki, Qəribli kənd inzibati ərazi dairəsinin ərazisində son illərdə Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolu çəkilmiş, Ağbaşlar, İsakənd, Şamlıq kəndlərində yeni məktəb binaları  tikilmiş, Lazılar və Bala Şamlıq kəndlərində modul tipli məktəblər quraşdırılmışdır. Bütün bunlar hamısı  dağ kəndlərində yaşayan əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.Eyni zamanda kəndin sosial-iqtisadi durumu haqqında danışmış,  kəndin problemlərin  həlli istiqamətində görülən işlərdən səyyar qəbul-görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
   Kənd sakinlərindən Verdiyev Şahin, Hüseynov Mürsəl,Əliyev Rəşid, Ələkbərov Teymur   və başqaları çıxış edərək Qəribli kəndində  rabitə təsərrüfatının yenilənməsi, sürətli internetlə təmin olunması, kənddə tibbi xidmətin təşkili, kəndin qazlaşdırılması, elektrik təsərrüfatının əsaslı təmir olunması, həyətyanı torpaq sahəsi ilə təmin olunması, kənddə mədəniyyət mərkəzinin inşası, iş tələbi barədə təklif və tənqidi qeydlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.


Keçidlər