Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından yeni tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.

27 iyul 2019 | 16:00

   Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından yeni tərxis olunmuş gənclərlə  görüşdən əvvəl tədbir iştirakçıları Tovuz şəhərindəki H. Əliyev adına meydanda Ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

  Tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından yeni tərxis olunmuş gəncləri, tədbir iştirakçıları salamlamış və tədbiri açıq elan etmişdir.
  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
  Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Həqiqi Hərbi Xidmətdən tərxis olunan gənclərlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov öz çıxışında qeyd etmişdir ki, ölkəmizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq yeni ənənələr yaranmışdır. İndi çağırışçi-gənclərin həqiqi hərbi xidmətə yola salınması və ordudan tərxis olunmuş gənclərin qarşılaması mərasimləri ictimaiyyətin  iştirakı ilə təntənəli şəkildə keçirilir.
   Ümummilli liderin strategiyasını son 16 ildə inamla davam etdirən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkəmiz qısa müddətdə qlobal rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdə qərarlaşmışdır. Ölkə iqtisadiyyatı 6 dəfə böyümüşdür.
  Möhtərəm cənab Prezident İlham Əliyevin əzmi və siyasi  iradəsi ilə dövlətimiz  daha da güclənmişdir və bu iqtisadi qüdrət güclü ordu yaratmağa, onu ən müasir silahlarla təchiz etməyə imkan yaratmışdır. Aprel döyüşləri nəticəsində Lələtəpənin, Naxçıvanın Günnüt kəndinin düşməndən azad edilməsi onu bir daha sübut edir ki, Azərbaycanın işğal altında olan torpaqları mütləq azad oluncaqdır!
  Bu gün Azərbaycan Milli Ordusu dünyanın ən güclü 50 ordusu sırasındandadır. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Regionun digər ölkəsi Gürcüstan 85-ci, Ermənistan isə  96-cı yerdədir. İndi beynəlxalq səviyyədə Azərbaycanla, onun lideri ilə hesablaşırlar və düşmənlərimiz güclü Azərbaycan ordusundan qorxub ehtiyat edirlər. Azərbaycan gəncliyi də fəxr edir ki, belə bir ordunun sıralarında xidmət edir.
  Cənab Prezidentin qayğısı ilə Vətən qarşısında borcunu ləyəqətlə yerinə yetirib, ordudan tərxis olunan gənclərin məşqulluğunun təmin edilməsi dövlətin diqqət yetirdiyi sahələrdən biridir.Dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün digər yerlərdə olduğu kimi rayonumuzda da bir sıra tədbirlər həyata keçirilir. Aqrar sahədə zəngin ənənələri olan Tovuzda kənd təsərrüfatı intensiv inkişaf etdirilir. İndi ölkə bazarları ilə yanaşı xaricə də Tovuzda yetişdirilən keyfiyyətli meyvə- tərəvəz və digər məhsullar ixrac edilir. Aqrar sektorda bu gün mütərəqqi texnologiyaların tətbiqi ilə əlaqədar ixtisaslı arqar işçilərə, traktorçu və mexanizatorlara, səriştəli təsərrüfatçılara böyük ehtiyac vardır. Rayonun turizm pontesialı da  böyükdür və bu vacib sahənin inkişaf etdirilməsi üçün gənclərimizin turizm sektoru üzrə peşələrə yiyələnməsi günün prioritetlərindəndir. Arzu edərdik ki, gənclərimiz zənqin ənənələrimizi davam etdirərək gözəl təbiətə, qiymətli sərvətlərə malik rayonumuzda yaşayıb işləməklə, bu torpağın şöhrətini daha da artırsınlar.
   Daha sonra çıxışlar olmuşdur.  
  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri  ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri Əli Əliyev, Qarabağ döyüşçü, qəhrəman kəşfiyyatçı Kamil Müsəvi, rayon Gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov çıxış etmişlər.
  Tədbirdə həqiqi hərbi xidmət müddətini başa vuran gənclərə xatirə hədiyyələri və hərbi biletlər təntənəli şəkildə təqdim olunmuşdur.
  Hərbi vətənpərvərlik sahəsində fəaliyyətinə, gənclər arasında apardığı məqsədyönlü işə görə ehtiyatda olan zabit, Qarabağ müharibəsi əlili Kamil Müsaviyə rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov xatirə hədiyyəsini təqdim etmişdir. 
  Hərbi xidmətdən qayıtmış gəncələrlə görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı cənab  M.Məmmədov onlara müraciətdə qeyd etmişdir ki, “Biz Sizə möhkəm inanırıq və “doğma yurdunuza xoş gəldiniz”, - deyirik. Sizə Vətənimizin qüdrətlənməsi  işində  fəaliyyətinizdə böyük uğurlar arzulayıram! İnanırıq ki, Sizin hər biriniz müstəqil  Azərbaycanımızın daha da inkişafı üçün öz layiqli töhfənizi verəcəksiniz!”
  Tədbir günü hərbi xidmətdən qayıtmış gənclərdən bir qrupu öz əsgər maaşlarının yarısını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna keçirmişlər.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər