Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə toplantı keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində toplantı keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film seyr etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, iyul ayının 14-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci ili tamam olur. Məhz bu gün azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 34 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaş, şəxsiyyət, lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımışdır. Onu bir dövlət və xaiqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Müasir Azərbaycan adlandırdığımız müstəqil məmmləkəti, onun bu günkü həqiqətlərini, ışıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik etməyə başlayandan sonra respublikanın dimamik inkişafına dair kompleks proqramlar işlənib hazırlandı, bütün sahələrdə vüsətli dəyişikliklər baş verdi. Ölkəmizin hər yerində böyük quruculuq işləri görüldü. Heydər Əliyevin bütün şüurlu həyatını həsr etdiyi vətəni və xalqı qarşısındakı xidmətləri haqqında çox danışmaq olar.
1993-cü ildə xalqın Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etməsi heç də təsadüfü deyildi. Tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni, daha şərəfli və əzəmətli mərhələsinə daxil oldu. Onun həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrirdi.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov “Heydər Əliyev: Azərbaycanın müstəqillik simvoludur” mövzusunda məruzə ilə çıxış etmişdir. Daha sonra məruzə ətrafında əməkdar müəllim Fazil Məhərrəmov, dövlət qulluğu pensiyaçısı Valeh Rzayev, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova çıxış etmişlər.
Toplantını cənab M. Məmmədov yekunlaşdıraraq bildirmişdir ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikası yüksək inkişaf yolundadır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi irəliyə aparacaqdır.