Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələri günü Tovuz rayonunda qeyd olundu

26 iyun 2019 | 16:00

26 iyun  Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Tovuz rayon Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyev meydanında tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmişlər.
Bayram tədbirində Azərbaycanın Dövlət himni səsləndirilmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi yad edilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı  cənab Məmməd Məmmədov çıxış edərək ilk öncə  tədbirə toplaşanları salamlamış və 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri  Günü münasibətilə hər bir rayon sakinini, hərbi qulluqçuları ürəkdən təbrik etmişdir.
  Öz çıxışına davam edən M. Məmmədov qeyd etmişdir ki, Ümummilli liderin  strategiyasını son 16 ildə inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkəmiz qısa müddətdə qlobal rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdə qərarlaşmışdır. Ölkə iqtisadiyyatı 6 dəfə böyümüşdür. Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları  26 dəfədən çox artaraq  46 milyard ABŞ dollarına çatmışdır. Bütövlükdə iqtisadiyyatımıza 240 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur.
Möhtərəm cənab Prezident İlham Əliyevin əzmi və siyasi  iradəsi ilə dövlətimiz  daha da güclənmişdir və bu iqtisadi qüdrət güclü ordu yaratmağa, onu ən müasir silahlarla təchiz etməyə imkan yaratmışdır. Aprel döyüşləri nəticəsində Lələtəpənin, Naxçıvanın Günnüt kəndinin düşməndən azad edilməsi onu bir daha sübut edir ki, Azərbaycanın işğal altında olan torpaqları mütləq azad oluncaqdır!
Bu gün Azərbaycan Milli Ordusu dünyanın ən güclü 52 ordusu sırasındandadır. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Regionun digər ölkəsi Gürcüstan 85-ci, Ermənistan isə 96-cı yerdədir. İndi beynəlxalq səviyyədə Azərbaycanla, onun lideri ilə hesablaşırlar və düşmənlərimiz güclü Azərbaycan ordusundan qorxub ehtiyat edirlər.
Cənab Prezidentin qayğısı ilə Azərbaycan Ordusunda indi ən yüksək keyfiyyət göstəricisinə nail olunub. Orduda  döyüş ruhu yüksəkdir.
Azərbaycan ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.
Yüksək döyüş qabiliyyətinə malik ordumuz Vətənimizin, xalqımızın etibarlı müdafiəçisidir.  Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı Silahlı Qüvvələrimizdə bu gün yüksək vətənpərvərlik və birlik vardır.
Bir daha bayramınız mübarək olsun!
Sonra “N” saylı hərbi hissənin zabiti Rüstəm Məmmədov çıxış edərək Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini qeyd edərək Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulamışlar.
Sonra bayram konserti olmuşdur. Bayram konsertində hərbi orkestrin ifasında hərbi marşlar səsləndirilmiş və rayon mədəniyyət və incəsənət nümayəndələrinin çıxışı olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri günü Dövlət bayramı münasibətilə rayondakı “N” saylı hərbi hissənin bir qrup kəşfiyyatçısı öz döyüş hazırlıqlarını və yüksək məharətlərini nümayiş etdirən nümunəvi nömrələrlə çıxış etmişlər.
Tədbir hərbi orkestrin ifa etdiyi marş sədaları altında “N” saylı hərbi hissənin əsgər və zabitlərinin paradı ilə yekunlaşmışdır.

Keçidlər