Tovuzda “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirildi
Bu gün Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə "Açıq qapı" günü ilə əlaqədar zabit və əsgərlərlə görüş keçirilmişdir.
Görüşdə Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov, korpus komandiri, general-mayor Xaqani Cəbrayılov, hərbi hissənin rəhbər heyəti, əsgərlərin valideynləri, ziyarətçilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ulu Öndərin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev də ümummilli liderin başlatdığı bu şərəfli işi uğurla davam etdirərək, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaratmağa nail olub. Möhtərəm cənab Prezident İlham Əliyevin əzmi və siyasi iradəsi ilə dövlətimiz daha da güclənmişdir və bu iqtisadi qüdrət güclü ordu yaratmağa, onu ən müasir silahlarla təchiz etməyə imkan yaratmışdır. Aprel döyüşləri nəticəsində Lələtəpənin, Naxçıvanın Günnüt kəndinin düşməndən azad edilməsi onu bir daha sübut edir ki, Azərbaycanın işğal alinda olan torpaqları mütləq azad oluncaqdır!
Bu gün Azərbaycan Milli Ordusu dünyanın ən güclü 52 ordusu sırasındandadır. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Cənab Prezidentin qayğısı ilə Azərbaycan Ordusunda bu gün ən yüksək keyfiyyət göstəricisinə nail olunub.
Şəxsi heyətin qarşısında korpus komandiri, geniral-mayor Xaqani Cəbrayılov çıxış edərək Respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünun qarantıdır. X. Cəbrayılov ümummilli lider Heydər Əliyevin ordumuzun yaradılmasındakı tarixi xidmətlərindən və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sahədə apardığı islahatlardan söz açıb.
Tədbirdə rayon Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzinin kollektivi hərbi hissənin şəxsi heyəti qarşısında hazırladığı geniş bayram konserti ilə çıxış etmişdir. Şəxsi heyyət rayonun gənc idmançılarının nümunəvi çıxışlarına baxıblar.
Tədbir iştirakçıları daha sonra hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgər həyatını əks etdirən sərgiyə baxıblar. Onlar əyani olaraq əsgər yataxanalarına, məişət otaqlarına, yeməkxanaya baxış keçirmiş, əsgər və zabitlərin qulluq şəraiti ilə bağlı məlumatları dinləmişlər.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.