Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının peşə bayramı Tovuz rayonunda qeyd olunub

22 iyun 2019 | 16:00

23 iyun Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir rayon İH başçısı aparatının akt zalında keçirilmişdir. Tədbirdə rayonun idarə və müəssiələrində çalışan dövlət qulluqçuları iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Tovuz şəhəri Heydər Əliyev adına mərkəzi meydanda  ümummilli liderin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Tovuz rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında davam edən tədbiri giriş sözü ilə açan icra başçısı Məmməd Məmmədov  bu əlamətdar gün münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək qeyd etmişdir ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatlar uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
2019-cu ilin yanvarın 1-nə olan məlumata görə hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin 0,6 faizini təşkil edir. Dövlət qulluğunda çalışanların hazırlıq səviyyəsinin və iş kefiyyətinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, ən başlıcası Vətənə, xalqa, dövlətə sədaqət hissilə bu çətin və məhsuliyyətli işin öhdəsindən gəlməkdir. Vətəndaşlarla dövlətin ünsiyyəti bilavasitə dövlət qulluqçuları vasitəsilə həyata keçirildiyinə görə bu qarşılıqlı münasibətlərin günü-gündən yaxşılaşması və dövlət qulluqçularının həmişə vətəndaşın mənafeyini düşünməsi çox vacibdir.
Bu bir həqiqətdir ki, ulu öndər Heydər Əliyevin dövlətiçilik ənənələrini uğurla davam etdirən, ona daim müasirlik, yenilik gətirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət qullquğu sahəsində də islahatlar düşünülmüş proqramlara uyğun aparılır. Görülən bütün tədbirlər Azərbaycanın daha yaxşı inkişafına, ölkədə daha mükəməl idarəetmə sisteminin yaradılmasına xidmət edir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq yerli icra hakimiyyətlərində tədbirlərin təşkil olunması, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında rayon ictimaiyyətinin məlumatlandırılması, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının mükafatlandırılması barədə məsələlər öz əksini tapıb. Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti vəzifələr ardıcıllıqla yerinə yetirilmişdir.
Tovuz rayonunda da ayrı-ayrı təşkilatlarda çoxsaylı dövlət qulluqçuları çalışır. Bu gün buraya biz dövlət qullquçularının peşə bayramının qeyd edilməsi münasibətilə toplaşmışıq. Cənab başçı rayonda çalışan bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda dövlət qulluğunda fərqləndiklərinə görə bir qrup dövlət qulluqçuları rayon icra hakimiyyəti başçısının  Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Tətif olunanlardan İH başçısının Çatax kənd İƏD üzrə nümayəndəsi Eldar Abbasov, rayon statistika idarəsinin rəis müavini Akif Zeynalov, RİH başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Ceyhun Zeynalov çıxış edərək Dövlət qulluqçularına göstərilən qayğıya görə möhtərəm cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər.
Tədbiri yekunlaşdıran M. Məmmədov bir daha Dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

Keçidlər