Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir

13 iyun 2019 | 16:00

Tovuz şəhəri Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra Heydər Əliyev Mərkəzində tədbir iştirakçılarına “Milli Qurtuluşdan İntibaha” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, xalqımızın və dövlətimizin tarixində müstəsna yeri olan “15 iyun - Milli Qurtuluş Günü” ilə əlaqədar rayonda  silsilə tədbirlər  hazırlanıb həyata keçirilir. Belə tədbirlərdən biri də bu gün keçirilir. İlk öncə  sizi, bütün tovuzluları Azərbaycan xalqının  Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun təkcə dövlət bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış gərgin vəziyyət xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Ona görə də xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Respublikası Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.
15 iyun – Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir.
Heydər Əliyevin siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı qüdrətli dövlətə çevirmək olmuşdur.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 26 ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
Tədbirdə YAP Tovuz Rayon təşkilatının sədri Məzahir Bayramov geniş məruzə ilə çıxış etdi. Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbin tarix müəllimi Yeganə Məmmədova, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, qadınlar Şurasının sədri Kifayət İsmayılova çıxış edərək 15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın sürətlə, hərtərəfli inkişaf edən ölkələrdən birinə çevrildiyini qeyd etmiş, bayram münasibətilə təbriklərini çatdırmışlar. 
Tədbiri yekunlaşdıran M. Məmmədov bir daha 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

 

Keçidlər