Şriftin ölçüsü :

Saytın rəngi :

Kirən kəndində səyyar qəbul-görüş keçirilmişdir

04 iyun 2019 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Kirən kəndində keçirilmişdir. Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq Ramazan bayramı münasibətilə sakinləri təbrik etmiş, onların ailələrinə səadət, süfrələrinə bol ruzi-bərəkət arzulamışdır.
Cənab M. Məmmədov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən, sosial sahədə həyata keçirilən uğurlu tədbirlərdən və əhaliyə göstərilən dövlət qayğısından danışmışdır.
Rayonda görülən işlərdən danışan rayon rəhbəri qeyd etmişdir ki, Kirən kənd inzibati ərazi dairəsinin tərkibində olan yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti həmişə diqqət mərkəzində saxlanılır.  Son zamanlar Kirən kənd inzibati ərazi dairəsinin tərkibində olan 4 kənd müasir layihə əsasında dövlət vəsaiti hesabına qazlaşdırılmış, Kirən və Qalaboyun kəndlərində yeni məktəb binaları tikilmişdir. Ötən il 31,8 km uzunluğunda Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi layihəsi icra olunmuş, Hacıhəsənli kəndində modul tipli məktəb quraşdırılmışdır. Bu kimi sosial layihələrin bundan sonra da davam edəcəyi nəzərdə tutulur. İndi burada turizmin inkişafı üçün gözəl imkanlar açılır. Bunlara görə hamımızın adından cənab Prezidentə minnətdarlığımızı bildiririk.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Sona Tağıyeva, Vidadi Əhmədov, Kifayət Tağıyeva, Qarakişi Abbasov, Nurəddin Tağıyev, Firuddin Bayramov, Qara Ələkbərov, Hidayət Ələkbərov, Zakir Əhmədov, Zirəddin Vəliyev, Rafiq Ağakişiyev ünvanlı dövlət sosial yardım təyin edilməsi, sosial pensiya, kənd ərazisində bankomat quraşdırılması, məzuniyyət göndərişinin verilməsi, torpaq, iş, işıq və təbii qaz məsələləri barədə müraciətlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər