Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Azaflının 95 illik yubileyi qeyd edilmişdir

02 iyun 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar birliyinin birgə təşkilatçılığı ilə Tovuzda Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 95 illik yubileyi keçirilmişdir. Həmin gün Azərbaycan Yazıçılar Birliyi də IX şairlər gününü Tovuzda Mikayıl Azaflının əziz xatirəsinə həsr etmişdir.
Alimlərin, görkəmli aşıqların və incəsənət ustalarının qatıldığı tədbiri giriş sözü ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan muğamı və Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısan daxil edilmişdir. Azərbaycan Respublikasında cənab Prezidentin və Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə xalqın milli mənəvi dəyərləri daha da inkişaf edərək yüksək səviyyəyə çatdırılır.
Bu gün yubileyinə toplaşdığımız görkəmli şair-aşıq və yaratdığı 12 saz havası ilə bəstəkarlıq səviyyəsinə yüksələn Mikayıl Azaflı Azərbaycanda və onun hüdudlarından kənarda da məşhurdur. Azərbaycan xalqı M. Azaflı sənətini həmişə yüksək dəyərləndirmiş, hələ sağlığında onun kitabları nəşr olunmuş və Azərbaycanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Rayonumuzda da M. Azaflının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra işlər həyata keçirilmiş, eyni zamanda onun külliyyatı toplanaraq nəşr etdirilmişdir. M. Məmmədov Mikayıl Azaflının xatirəsinə ehtiramını bildirmiş və yublyar haqqında çıxış etmək üçün Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıya söz vermişdir. M. Qasımlı Mikayıl Azaflı yaradıcılığı haqqında ətraflı məruzə etmişdir.
Azaflı irsinin toplanıb nəşr edilməsində və təbliğində əhəmiyyətli rol oynayan  Əməkdar Elm Xadimi professor Qəzənfər Paşayev tədbiri idarə etmişdir.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, “Tovuz” Xeyriyyə cəmiyyəti sədrinin müavini Çingiz Abbasov, Azərbaycan Milli Elimlər Akademiyasının Nizami adına ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanov çıxış etmişlər.
Tədbir musiqi nömrələri ilə davam etmişdir. Tovuz uşaq musiqi məktəbinin “Misri” sazçılar ansamblı, ustadın nəvəsi Roman Azaflı, sevilən aşıqlar Şəhriyar Qaraxanlı və Elməddin Məmmədli, aşıq Əfsanə, Mikayıl Azaflının ilk şəyirdlərindən biri ustad aşıq Əlixan Niftəliyev, Aşıq Pəri məclisinin üzvü Zöhrə Xəlili, Qazaxlı aşıq Samir Cəlaloğlu, əməkdar mədəniyyət işçisi Gülara Azaflı, Rövşən Əlimərdanlı, şair İsa Cavadoğlu, aşıq Nizami Şəmkirli, Ramin Qaraxanlı, Marif Həsənoğlu, aşıq Anar Gədəbəyli, aşıq Qurban Tovuzlu, aşıq Məhəmməd Bozalqanlı, Mikayıl Azaflı ocağının nümayəndələri Hakim, Gülara, Hökmran, Roman Azaflılar birgə çıxış edərək ustadın “Ellərə qurban” şeirini oxuyaraq ifa etmiş və aşıq sənətinə, mədəniyyətə, xalq yaradıcılığına və folklora verilən yüksək qiymətə görə ölkə Prezidentinə və birinci Viste-prezident Mehriban xanım Əliyevaya tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə dərin minnətdarlıqlarını bildirmişlər.
Böyük maraqla qarşılanan yubiley tədbiri 3 saatdan artıq davam etməsinə baxamayaraq iştirakçıların böyük marağına səbəb olmuşdur.

Keçidlər